Ləzgi
İnqiloy
Avar
İvrit
Kürd
Talış
Tat
Xınalıq
Udin
Saxur
Abdulla Şaiq
AMB

Həpimiz Bir Günəşin Zərrəsiyik

Abdulla Şaiq

Azeri English Russian

AZSAYLI XALQLARIN TƏHSİL HÜQÜQLARI

İnqiloyların yaşadığı bölgə

İngiloylar ölkəmizin Qax və Zaqatala rayonları ərazisində yaşayırlar. Bu rayonlarda ingiloy dilində 5 məktəb fəaliyyət göstərir ki, bu məktəblərin ümumilikdə 51 sinfi və 2641 şagirdi var. Bu məktəblərdə I-IV siniflər üzrə 1035 şagird, V-IX siniflər üzrə 1224 şagird, X-XI siniflər üzrə isə 352 şagird təhsil alır.

İnqloylar- yaşadıqları ərazilər Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamaclarında yerləşir və Şəki-Zaqatala iqtisadi-coğrafi rayonuna daxildir. Bu bölgənin ərazisinin yüksəklik fərqinin (100 m-dən 4466 m-dək Bazardüzü zirvəsi) böyük olması təbii şəraitin müxtəlifliyinə səbəb olmuşdur. Etnik, psixoloji, mədəniyyət və s. cəhətlərinə görə azərbaycanlılar ilə qohumluq əlaqələrinə malik olan inqloylar əsasən tütünçülük, taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçiliklə məşğul olurlar.