Ləzgilər
Azərbaycanda əsasən Qusar, Quba, Xaçmaz rayonlarında,
qismən isə Qax və Zaqatala rayonları ərazisində
yaşayırlar. Bu rayonların ərazisində
ləzgilər üçün məktəblər
açılmış və onlar öz ana dilində
dərslər keçirlər. 1993 - cü ildən
başlayaraq ləzgi dilində dərsliklər çap
edilməyə başlamışdır. Hal-hazırda
94 məktəbdə ləzgi dilində dərslər
keçirilir. Həmin məktəblərdə: I-IV
siniflərin sayı 200-dir, bu siniflərdə 2475
şagird təhsil alır., V-IX siniflərin sayı
565, şagirdlərin sayı isə 10452 nəfərdir.
X-XI siniflərin sayı 126şagirdlərin sayı
isə 1893 nəfərdir. Ümumilikdə isə
ləzgi məktəblərində 891 sinifdə
14820 şagird təhsil alır.
Ləzgilər-Azərbaycan əhalisinin 2,4 faizini
təşkil edir. Ləzgilərin sıx yaşadığı
Quba-Xaçmaz iqtisadi rayonunun sənayesinin əsasını
yüngül və yeyinti sənayesi təşkil
edir. Başlıca olaraq meyvə-tərəvəz,
şərab və süd məhsulları emal edilir.
Rayonun kənd yerlərində xalçaçılıq
ənənvi sənətkarlıq növü kimi
inkişaf etməkdədir. Qafqazın qədim xalqlarından
olan Ləzgilər bu bölgənin iqtisadi inkişafında
mühüm rol oynayırlar