Saxurlar
ölkəmizin Qax və Zaqatala bölgələrində
yaşayırlar. Hal- hazırda 12 məktəbdə
saxur dilində dərslər keçirilir. Həmin
məktəblərdə: I-IV siniflərin sayı
47, şagirdlərin sayı isə 1011-dir, V-IX siniflər
üzrə 46 sinif 1150 şagird vardır. X-XI siniflər
üzrə 12 sinifdə 227 şagird təhsil alır.
Ümumilikdə isə 105 sinif 2388 şagirdi əhatə
edir.
İnqloylar
kimi Saxurların yaşadığı ərazi də
Şəki-Zaqatala iqtisadi bölgəsinə daxildir.
Son onillikdə orta illik əhali artımı 1,5%
olmuşdur ki, bu da orta respublika səviyyəsindən
azdır. Orta respublika səviyyəsi ilə müqayisədə
Şəki-Zaqatala iqtisadi rayonunda əhalinin sıxlığı
aşağı olmaqla, hər kilometrdə 55 nəfərdir.
Hər bir kəndliyə 1,4 hektar torpaq sahəsi
düşür. Əhali əsasən dağətəyi-düzən
qurşaqda,çayların gətirmə konuslarında
məskunlaşmışdır. Əhalisinin böyük
əksəriyyəti kənd təsərrüfatı
ilə məşğul olur.