Udinlər
Qəbələ rayonu ərazisində yaşayırlar.
Onların 3 ibtidai məktəbi var. Bu məktəblərin
24 sinfində 348 nəfər şagird təhsil alır.
Udinlərin
yaşadığı ərazi Şəki-Zaqatala
iqtisadi-coğrafi bölgəsinə daxildir. Bölgənin
qədim xalqlarından olan udinlər yerli əhali
ilə qohumluq əlaqələri quraraq onlarla qaynayıb-qarışmışlar.
Ərazisinin 27 %-ni meşələr tutan bu bölgə
qiymətli ağac, bitki və nadir heyvan növləri
ilə zəngindir. Bu zənginliyi qorumaq və artırmaq
məqsədilə Zaqatala, İlisu və Qəbələ
dövlət qoruqları yaradılmışdır.